Mask Zelenskiyə hakimiyyətdən əl çəkməyi təklif etdi

12:27 - 4 Mart 2025

Mask Zelenskiyə hakimiyyətdən əl çəkməyi təklif etdi

Vladimir Zelenski hakimiyyətdən əl çəkməli və Ukraynanı tərk etməlidir.

 

Manset.az-ın məlumatına görə, bu fikri İlon Mask bildirib.

“Nə qədər xoşagəlməz olsa da, Ukraynada demokratiyaya sülh yolu ilə keçid müqabilində Zelenskiyə neytral ölkədə bir növ amnistiya təklif edilməlidir”.

Qeyd edək ki, fevralın 28-də Zelenski ABŞ prezidenti Donald Trampla görüşmək üçün Ağ Evə gəlib. Söhbət zamanı onların arasında mübahisə yaranıb, Tramp Zelenskiyə onun hörmətsiz münasibətini, ABŞ-nin vitse-prezidenti J.D.Vens isə Kiyevə verdiyi dəstəyə görə Vaşinqtona təşəkkür etməyi unutduğunu qeyd edib. Görüşdən sonra keçirilən mətbuat konfransı ləğv edilib. ABŞ və Ukrayna arasında mineral ehtiyatlar üzrə sazişin imzalanması baş tutmayıb. Tramp daha sonra Zelenskinin Ukrayna münaqişəsini sülh yolu ilə həll etmək istəmədiyini və hörmətsizlik etdiyini vurğulayıb.


Xəbər xətti

4 Mart 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin