Bu gün Od çərşənbəsidir
4 Mart 2025
12:07 - 3 Mart 2025
Çin Ukraynada davamlı və uzunmüddətli sülhü təmin edəcək sazişlər gözləyir.
Manset.az-ın əldə etdiyi məlumata görə, bunu brifinqdə Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Lin Jian ABŞ prezidenti Donald Tramp və Vladimir Zelenski arasında fevralın 28-də baş tutan görüşü, eləcə də Çin sülhməramlılarının Ukraynaya göndərilməsi ehtimalını şərh edərkən deyib.
"Çin böhranın sülh yolu ilə həlli üçün bütün səyləri dəstəkləyir. Hər iki tərəfdən davamlı sülhü təmin edəcək və qarşılıqlı narahatlıqları nəzərə alan qərarları gözləyir".
Qeyd edək ki, fevralın 28-də Zelenski Trampla görüşmək üçün Ağ Evə gəlib. Jurnalistlərin iştirakı ilə söhbət zamanı onların arasında mübahisə yaranıb. Tramp Zelenskiyə ABŞ-yə qarşı hörmətsiz münasibətini göstərib. ABŞ-nin vitse-prezidenti J.D.Vens isə Zelenskinin Kiyevə verdiyi dəstəyə görə Vaşinqtona təşəkkür etməyi unutduğunu qeyd edib. Onların görüşündən sonra keçirilən mətbuat konfransı ləğv edilib və ABŞ və Ukrayna arasında faydalı qazıntılar üzrə sazişin imzalanması baş tutmayıb. Tramp “Truth” sosial şəbəkəsində Zelenskinin hörmətsizlik etdiyini və Ukrayna münaqişəsini sülh yolu ilə həll etmək istəmədiyini vurğulayan bəyanat yayıb.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin