Bu gün Od çərşənbəsidir
4 Mart 2025
10:59 - 3 Mart 2025
Bakı Metropoliteni QSC-nin marketinq şöbəsinin rəhbəri Lalə Babayeva işdən çıxarılıb.
Manset.az Qaynarinfo.az-a istinadla xəbər verir ki, bununla bağlı QSC-nin sədri Vüsal Aslanov əmr imzalayıb.
Qeyd edək ki, 6 il əvvəl Lalə Babayeva təmsil etdiyi qurumun problemlərinin səbəbi kimi kəndlərdən gələnləri göstərməklə sosial şəbəkələrdə narazılıq dalğası yaratmışdı. "Çastpik" yazanlar öz kəndində qalsaydı, belə problem yaranmazdı", deyə o, qalmaqallı şərhində bildirmişdi.
Onu da qeyd edək ki, Lalə Babayeva 2015-ci ildən Bakı Metropoliteni QSC sədrinin müavini olmuş Zaur Babayevin qızıdır. Zaur Babayev əvvəllər Bakıelektrikşəbəkə Açıq Səhmdar Cəmiyyətində çalışıb. O, Bakı Metropoliteni QSC sabiq sədri Zaur Hüseynovla birlikdə çalışıb və yaxın dostluqları ilə tanınırlar.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin