Azərbaycanda 6 nəfər tortdan zəhərləndi - Adlar

10:48 - 3 Mart 2025

Azərbaycanda 6 nəfər tortdan zəhərləndi - Adlar

Ağdam rayonunun Əfətli kəndində 6 nəfər qidadan zəhərlənib.

Manset.az Reporta-a istinadən xəbər verir ki, həmin şəxslərin tortdan zəhərləndikləri ehtimal olunur.

***

Ağdamda altı nəfərin tortdan zəhərlənməsi ehtimalı ilə bağlı araşdırma aparılır.

Bu barədə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.

"Baş verən hadisənin səbəbləri, həmçinin qida zəhərlənməsi olub-olmaması ilə bağlı Agentliyin mütəxəssisləri ilə müvafiq qurumların əməkdaşları tərəfindən araşdırmalara başlanılıb. Araşdırmaların nəticələri ilə bağlı əlavə məlumat veriləcək", - məlumatda qeyd olunub.

***

Ağdamda tortdan zəhərləndiyi ehtimal olunan şəxslərin kimliyi məlum olub.

Həmin şəxslər aşağıdakılardır:

- 1962-ci il təvəllüdlü Gülbuta Şiralı qızı Əsədova

- 2001-ci il təvəllüdlü Elçin Ayaz oğlu Əsədov

- 2003-cü il təvəllüdlü Elvin Ayaz oğlu Əsədov

- 1993-cü il təvəllüdlü İsmayıl İsmayıllı

- 2006-cı il təvəllüdlü Türkan Əsədova

- 2006-cı il təvəllüdlü Nəzakət Piriyeva


Xəbər xətti

4 Mart 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin