Bu gün Od çərşənbəsidir
4 Mart 2025
08:46 - 3 Mart 2025
Belarus prezidenti Aleksandr Lukaşenko hesab edir ki, Minskin həmişə mühüm Avropa tərəfdaşı kimi qəbul etdiyi Bolqarıstanla tam hüquqlu münasibətləri bərpa etmək mümkündür.
Manset.az-ın məlumatına görə, bunu Belarus prezidenti Bolqarıstan xalqının qurtuluş günü münasibətilə təbrikində bildirib.
"Belarus Bolqarıstanı həmişə oxşar dəyərlərə və mentalitetə malik mühüm Avropa tərəfdaşı kimi qəbul edib. Minsk bu gün də öz əqidəsinə sadiqdir. Hörmət və bərabərliyə əsaslanan dinc konstruktiv dialoqa hazırdır".
Lukaşenko əmin olduğunu bildirib ki, hər iki ölkə tamhüquqlu münasibətləri bərpa etmək yollarını tapa bilər.
"Belaruslar və bolqarlar birgə işləməyə, dost olmağa davam edəcək. Bununlada Avropa qitəsində qarşılıqlı anlaşmanı təşviq edəcəklər”.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin