Ərdoğan Təhlükəsizlik Şurasını topladı - Qarabağ da müzakirə olunur

18:10 - 25 Noyabr 2021

Ərdoğan Təhlükəsizlik Şurasını topladı - Qarabağ da müzakirə olunur

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Milli Təhlükəsizlik Şurası toplanıb.

Manşet.az TRT-yə istinadən xəbər verir ki, iclasda Şərqi Aralıq dənizi, Əfqanıstan, Suriya və Qarabağdakı vəziyyət müzakirə olunacaq.

Regional hadisələr başlığı altında Suriyanın şimalındakı terror təşkilatları başda olmaqla son vəziyyət müzakirə ediləcək.

Həmçinin, bildirilib ki, Yunanıstanın və Şərqi Aralıq dənizinin yunan tərəfinin təxribatçı addımları qarşısında atılacaq addımlar müzakirə olunacaq.

Əfqanıstan, Liviya və Qarabağdakı son vəziyyət dəyərləndiriləcək.


Xəbər xətti

19 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin