Prezidentdən Fərid Əhmədovla bağlı SƏRƏNCAM
22 Noyabr 2024
10:10 - 28 İyun 2021
Bakının Xəzər rayonunda 1982-ci il təvəllüdlü Vəli qısqanclıq zəminində arvadı Mətanəti (adlar şərti verilib – red.) döyüb.
Manset.az demokrat.az-a istinadən xəbər verir ki, Vəli 07 may 2021-ci ildə, səhər saatlarında yaşadığı fərdi evdə münaqişə zəminində arvadı Mətanətin bədəninin müxtəlif nahiyələrinə dizi ilə, həmçinin yumruqla vuraraq, ona müxtəlif dərəcəli xəsarətlər yetirib.
İstintaq orqanı tərəfindən Vəlinin n barəsində Cinayət Məcəlləsinin 128-ci (sağlamlığa yüngül xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.Vəlinin barəsində olan cinayət işi baxılması üçün Xəzər rayon Məhkəməsinə göndərilib. Cinayət işi hakim Hüseyn Hüseynlinin icraatında araşdırılıb.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Vəli ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, Mətanət ilə 15 ildir ailə həyatı qurub: “Rəsmi nikahımızdan 2 övladımız var. Mayın 7-də, səhər saatlarında yaşadığım evdə olan zaman qısqanclıq zəminində arvadım ilə aramızda münaqişə yarandı. Öz azyaşlı oğlumu yanıma çağıraraq mobil telefonda Mətanətə aid şəkilləri göstərməyi ondan istədim. Bunu eşidən Mətanət üzərimə hücum etdi və şəkilləri silməyimə görə irad bildirdi. Münaqişə yaratdı. Eyni zamanda Mətanət mobil telefonu əlimdən almağa cəhd edən zaman əsəbləşdim. Yumruq zərbələri ilə onun bədəninin müxtəlif nahiyələrinə vuraraq xəsarət yetirdim”.
Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ifadə verən Mətanət bildirib ki, ərinin onu döyməsi ilə bağlı Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edərək bu barədə məlumat verib və ərinin cinayət məsuliyyətinə cəlb olunmasını istəyin.
Məhkəmənin hökmü ilə Vəlinin barəsində olan cinayət təqibinə xitam verilib və o, cinayət məsuliyyətindən azad olunub. Buna səbəb onun arvadı ilə barışması, qadının ərindən şikayətçi olmaması olub.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin