"Azərbaycan-Türkiyə Rəqəmsal Yaradıcılıq Forumu" keçirildi - FOTOLAR

18:00 - 28 Fevral 2025

27 fevral 2025-ci il tarixində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin maliyyə dəstəyi, “Gənclərin Töhfəsi” İctimai Birliyinin təşkilatçılığı ilə "Azərbaycan-Türkiyə Rəqəmsal Yaradıcılıq Forumu" keçirilib. Forumun əsas məqsədi Azərbaycan və Türkiyə arasında rəqəmsal yaradıcı sənayelərdə peşəkar inkişafı və əməkdaşlığı gücləndirmək, innovativ yanaşmaları və mədəni əlaqələritəşviq etməkdən ibarətdir. 
 

Manset.az xəbər verir ki, tədbir Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarındankeçən şəhidlərin ruhunun bir dəqiqəlik sükutla anılması və hər iki dövlətin himnlərinin səsləndirilməsi ilə açıq elan edilib. Forumun rəsmi açılışında , Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin  rəsmiləri, dövlət və ictimai xadimlər, Türkiyədən dəvət olunmuş qonaqlar çıxış edib.

Daha sonra forum "Rəqəmsal Dünyada Yaradıcılıq" panel sessiya ilə davam edib. Panel müzakirələri zamanı rəqəmsal texnologiyaların yaradıcı sənayelərdə rolu, innovativ həllərin tətbiqi və gənclərin bu sahədə iştirak imkanları geniş şəkildə müzakirə edilib.

Forum Naxçıvan Dövlət Filarmoniyasının ansamblının iştirakı ilə keçirilən konsert proqramı ilə yekunlaşıb. Sonda iştirakçılara sertifikatlar təqdim olunub.

Qeyd edək ki, Mədəni və Yaradıcı Sənayelərin İnkişaf Mərkəzi, Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Gənclər Fondunun Naxçıvan filialı, “Azərbaycan-Türkiyə Qida Təhlükəsizliyi” İctimai Birliyi və Qida Təhlükəsizliyi Hərəkatı forumun tərəfdaşlarıdır.



Xəbər xətti

1 Mart 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin