Bəzi küçə və prospektlərdə nəqliyyatın hərəkəti çətinləşdi
28 Fevral 2025
14:35 - 28 Fevral 2025
Aparıcı Rövşanə Ağasəfqızı efirdə saxta görüntü yaradanları tənqid edib.
Manset.az xəbər verir ki, o, fikirlərini sosial media hesabında bölüşüb:
“Özünütəsdiq formasını tapmaq müşkül işdir: ağıllı, düşünən tamaşaçı və ya izləyici çox tələbkar. Efir ciddi, sosial media isə daha qəddar güzgüdür. Cismin və xislətin çılpaqlığı ilə ortaya çıxır, gizlətmək mümkünsüz. Yalanı sevməz tamaşaçı.
Mələk obrazı, əxlaq keşikçisi, namus maskası, rəngləri qarışıq ailə tablosu, papağı cibində ər görüntüsü və ya ərin maketləşmiş, teatrallaşmış miskin baxışları. Saxlayın özünüzə, bizə sırımayın. Hə, qaldı peşə məsələsinə: özünüz olun, özünüz, orijinal. Beyin, bilik, ağıl, istedad və ən vacib səmimiyətinizlə plagiat yaramaz. “Fatma xala, Gülpəri nənə” adından tərif qoşsalar belə, obraz mükəmməl deyilsə, olsa-olsa onlayından sifarış gələn “copy paste” fason bir şeyə bənzəyəcəksiniz”.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin