Bəzi küçə və prospektlərdə nəqliyyatın hərəkəti çətinləşdi
28 Fevral 2025
12:11 - 28 Fevral 2025
Bakıda bir neçə yolda təmir işləri aparılır.
Manset.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.
Bildirilib ki, Nərimanov rayonu, Ziya Bünyadov prospekti ilə Əhməd Rəcəbli küçəsinin kəsişməsində və Yasamal rayonu, Moskva prospektində aidiyyəti dövlət qurumu tərəfindən təmir işləri aparılır.
NİİM qeyd edilən yollardan metronun "Koroğlu" stansiyası və "Xırdalan" dairəsi istiqamətlərində hərəkət edən nəqliyyat vasitələrinin sürücülərinə diqqətli olmağı tövsiyə edib.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin