Tehran ABŞ ilə danışıqlar üçün heç bir fürsət görmür - İran XİN

17:17 - 25 Fevral 2025

Tehran ABŞ ilə danışıqlar üçün heç bir fürsət görmür - İran XİN

Vaşinqton təhdid və təzyiq dilində danışmağa davam etdikcə, İran ABŞ ilə danışıqları bərpa etmək üçün heç bir fürsət görmür.

 

Manset.az-ın əldə etdiyi məlumata görə, bunu İslam Respublikasının xarici işlər naziri Abbas Əraqçi deyib.

O, rusiyalı həmkarı Sergey Lavrovla birgə mətbuat konfransında deyib: "İranın mövqeyi tamamilə aydındır. Biz təhdid və təzyiq altında danışıqlar aparmayacağıq. Hazırda bizimlə ABŞ arasında nüvə proqramı ilə bağlı birbaşa dialoq imkanı yoxdur".


Xəbər xətti

25 Fevral 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin