Əhmədlidə ağacları əhatəyə alıb obyekt tikirlər - VİDEO

16:35 - 25 Fevral 2025

Əhmədlidə ağacları əhatəyə alıb obyekt tikirlər - VİDEO

Paytaxtın Əhmədli qəsəbəsi ərazisində yaşıllıq ərazidə metal konstruksiyalar quraşdırılıb.

 

Manset.az Qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə sakinlər məlumat verib.

Onlar bildiriblər ki, metronun “Əhmədli” stansiyasının yaxınlığında – Sarayevo küçəsində yaşıllıq ərazidə iaşə obyekti inşa edilir. Tikintiyə etiraz etdiklərini bildiriən şikayətçilər burada aparılacaq işlərin ağacların məhv olmasına, şəhər mühitini pozulmasına və insanların piyada hərəkətinə ciddi maneə yaratdığını deyiblər.

Xətai Rayon İcra Hakimiyyətindən sorğumuza cavab olaraq bildirilib ki, məsələ ilə bağlı artıq araşdırmalara başlanılıb.

 


Xəbər xətti

25 Fevral 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin