Bu hallarda aviaşirkət baqaja görə məsuliyyət daşımayacaq
25 Fevral 2025
13:55 - 25 Fevral 2025
"Bu gün insanlar arasında həm evdə, həm də iaşə obyektlərində daha çox toyuq ətinə üstünlük verilir. Xüsusilə, broyler toyuqlarının istifadəsi geniş yayılıb, çünki broylerlər daha sürətli yetişdirilərək satışa çıxarılır. Bu qida növündən istifadə edərkən diqqət etməli olduğumuz əsas məqam, onun təzə və keyfiyyətli olmasıdır. Bu zaman etibarlı və güvənilən markaların məhsullarına üstünlük vermək vacibdir. Əgər toyuğun orqanoleptik göstəricilərində, qoxusunda, rəngində və ya görünüşündə fərqli dəyişikliklər müşahidə olunarsa, ya da xoşagəlməz qoxu gəlsə, belə məhsuldan imtina edilməlidir".
Bu sözləri Manset.az-a açıqlamasında sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova bildirib.
O, qeyd edib ki, eyni zamanda, toyuq ətinin yüksək risk qrupuna aid olan qidalar arasında olduğunu unutmamalıyıq, çünki o, yüksək zülal tərkibinə malikdir:
"Onu evdə saxlayarkən diqqət etməli olduğumuz əsas məqam isə donmuş toyuğun bir dəfə açıldıqdan sonra yalnız bir dəfə istifadə edilməsidir. Ümumiyyətlə, 20-25 yaş arasındakı insanlar toyuq ətindən istifadə edəcəklərsə, bu, həftədə 2-3 dəfə və 150 qramdan artıq olmamalıdır. Həmçinin, bəzən broyler toyuqlarının daha sürətlə böyüməsi üçün onlara antibiotiklər və dərmanlar verilir ki, bu da onların sümük sisteminin zəif inkişaf etməsinə və skelet sistemində əlavə yük yaranmasına səbəb ola bilər. Həmçinin, bu toyuqların daha sürətli çəki almaları üçün, orqanik toyuqlarla müqayisədə daha yüksək yağ miqdarına sahib olurlar ki, bu da bəzi ürək-damar xəstəliklərinə yol aça bilər".
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin