Aİ Ukraynaya yeni yardım paketini açıqladı

13:56 - 24 Fevral 2025

Aİ Ukraynaya yeni yardım paketini açıqladı

Avropa İttifaqı (Aİ) Komissiyasının sədri Ursula fon der Leyen mart ayında Ukraynaya 3,5 milyard avroluq yardım ediləcəyini açıqlayıb. 

 

Manset.az-ın əldə etdiyi məlumata görə, Von der Leyen Rusiya-Ukrayna müharibəsinin üçüncü ildönümü ilə əlaqədar Kiyevdə keçirilən Ukraynaya dəstək üçün beynəlxalq sammitdə bu barədə çıxış edib:

"Ukraynadakı müharibə Avropanın gələcəyi üçün ən mərkəzi və mühüm böhran olaraq qalır.

Aİ və onun üzvü olan ölkələr indiyədək Ukraynaya 134 milyard avro yardım edib”.  

Von der Leyen Ukrayna fondu və G7 krediti sayəsində Ukraynanın 2025-ci il büdcə kəsirinin bağlandığına diqqət çəkib.


Xəbər xətti

24 Fevral 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin