Bulvar İdarəsinin sabiq sədri milyonlarla manatı vergidən yayındırıb

14:10 - 24 Fevral 2025

Bulvar İdarəsinin sabiq sədri milyonlarla manatı vergidən yayındırıb

Dənizkənarı Bulvar İdarəsi İdarə Heyətinin korrupsiya ittihamı ilə həbs edilmiş sabiq sədri İlqar Mustafayev 2 milyon manata yaxın vergidən yayınıbmış. 

 

Manset.az Qaynarinfo-ya istinadən xəbər verir ki, Dövlət Vergi Xidməti tərəfindən sözügedən qurumda sabiq sədrin dövrü yoxlanılıb. 

Yoxlama zamanı səyyar vergi yoxlaması üzrə məsuliyyətə cəlbetmə qərarının nəticəsində 1.827.607,21 manat əlavə vergi, 933.664,54 manat maliyyə sanksiyası hesablanıb. 

"Dənizkənarı Bulvar İdarəsi" Publik Hüquqi Şəxsin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə 1.809.100,39 AZN vergi borcu var. 

Xatırladaq ki, ötən ilin sentyabr ayında Dənizkənarı Bulvar İdarəsi İdarə Heyətinin sabiq sədri İlqar Mustafayev həbs edilib. Ona qarşı Cinayət Məcəlləsinin 179.4 (xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəmə), 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb.


Xəbər xətti

24 Fevral 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin