Prezidentin adından Pakistanın Baş nazirinin şərəfinə dövlət ziyafəti verilir
24 Fevral 2025
13:19 - 24 Fevral 2025
Sabiq deputat Eldəniz Hacıyev dünyasını dəyişib.
Manset.az Modern.az-a istinadən xəbər verir ki, o, uzun sürən ağır xəstəlik səbəbindən vəfat edib.
Eldəniz Hacıyev 1962-ci ildə Şəmkir rayonunda anadan olub, Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun “Xalq təsərrüfatının planlaşdırılması və iqtisadiyyatı” fakültəsini bitirib.
O əmək fəaliyyətinə sadə zəhmət adamı kimi başlayıb, Bakı şəhəri Nərimanov rayonunun xalq deputatı olub, uzun illər Bakı Şəhər İcra Hakimiyyətində və Bakı şəhəri Nərimanov rayon İcra Hakimiyyətində müxtəlif məsul vəzifələrdə çalışıb.
O, harada çalışmasından asılı olmayaraq, əsl dövlət qulluqçusu kimi üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlib, kollektivin dərin rəğbətini qazanıb.
Eldəniz Hacıyevin əziz xatirəsi onu tanıyanların qəlbində daim yaşayacaqdır.
Allah rəhmət eləsin !
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin