“Zirə” - “Kəpəz” matçının vaxtı yenidən dəyişdirildi

14:36 - 24 Fevral 2025

“Zirə” - “Kəpəz” matçının vaxtı yenidən dəyişdirildi

Hava şəraitinə görə bu günə təxirə salınmış Misli Premyer Liqasının XXIV turunun “Zirə” - “Kəpəz” matçının başlama saatı dəyişdirilib.

 

Manset.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının rəsmi saytı məlumat yayıb. 

Zirə İdman Kompleksinin stadionunun ot örtüyünün qardan tam təmizlənməsi məqsədilə qarşılaşmanın saat 18:00-da start götürməsi qərara alınıb.

Qeyd edək ki, görüş saat 16:00-da başlamalı idi. Ötən gün gerçəkləşməli olan matç hava şəraitinə görə təxirə salınmışdı.

***

10:50

Misli Premyer Liqasının XXIV turundan təxirə salınmış “Zirə” - “Kəpəz” matçı bu gün keçiriləcək.

 

Manset.az xəbər verir ki, Zirə İdman Kompleksinin stadionunda baş tutacaq görüşün start fiti saat 16:00-da səsləndiriləcək.

“Zirə” hazırda turnir cədvəlində 42 xalla üçüncüdür. Doqquzuncu pillədə qərarlaşan “Kəpəz”in isə 19 xalı var.

Misli Premyer Liqası

III dövrə, XXIV tur

24 fevral

16:00. “Zirə”– “Kəpəz”

Hakimlər: Rauf Cabarov, Rahil Ramazanov, Teymur Teymurov, Elçin Məsiyev.
VAR: Cavid Cəlilov.
AVAR: Kamran Bayramov.
Hakim-inspektor: Əmrah İbrahimov.
AFFA nümayəndəsi: Zümrüd Ağayeva.
Zirə İdman Kompleksinin stadionu

Qeyd edək ki, turun əvvəlki görüşlərində “Araz-Naxçıvan” “Səbail”lə (0:0), “Qarabağ” “Sabah”la (1:1) heç-heçə edib.”Turan Tovuz” səfərdə “Şamaxı”nı, “Neftçi” isə “Sumqayıt”ı 1:0 hesabı ilə üstələyib.


Xəbər xətti

24 Fevral 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin