Sərnişinin çantası yandı - Təyyarə geri qayıtdı

16:25 - 23 Fevral 2025

Sərnişinin çantası yandı - Təyyarə geri qayıtdı

Astanadan Aktauya uçan təyyarənin göyərtəsində sərnişinin bel çantası yanıb.

 

Manset.az xəbər verir ki, bu barədə “FlyArystan” aviaşirkəti məlumat yayıb.

Mətbuat xidmətinin məlumatına görə, yanğın təyyarənin yerüstü baqaj hissəsində baş verib.

Hadisə zamanı təyyarədə 182 sərnişin olub. Yanğın stüardessalar tərəfindən tez bir zamanda söndürülsə də, təyyarə öz uçuş yerinə qayıdıb.

Uçuşun vaxtı Astana saatı ilə saat 17:10-a dəyişdirilib. Şirkət qeyd edib ki, sərnişinlərin pulsuz rezervasiya və ya pulun geri qaytarılması hüququ var.


Xəbər xətti

24 Fevral 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin