"Futbolçularım meydanda can qoydular" - Samir Abasov

00:45 - 22 Fevral 2025

Futbolçularım meydanda can qoydular.

 

Manset.az xəbər verir ki, bunu "Neftçi"nin baş məşqçisi Samir Abasov Misli Premyer Liqasının XXIV turunun "Sumqayıt"la oyunundan sonra baş tutan mətbuat konfransında deyib.

O, qələbəyə görə sevincli olduqlarını bildirib:

“Penalti epizoduna baxmamışam, buna görə də nəsə deyə bilmərəm. Oyuna gəldikdə, bu barədə danışmaq çətindir. Bizim yaxşıya getdiyimiz durumda şərait əlverişli deyildi. Qərar verməkdə futbolçularım da gecikirdi. Oyunçularımdan razıyam, ona görə ki, hava şəraitindən asılı olmayaraq meydanda can qoydular. Ozobiç daha düzgün qərar versəydi, bəlkə də, rəqibi daha tez məğlub edərdik.

Yeni transferlərə gəlincə, ilk matçlarda futbolçu haqda qərar vermək mənim üçün çətindir. Hər bir futbolçumuza inanırıq. Hərəsi bir oyun xeyir versə, bu da bizim qabağa getməyimizə kömək olacaq”.

Qeyd edək ki, "Neftçi" - "Sumqayıt" matçı "ağ-qaralar"ın minimal hesablı qələbəsi qələbəsi ilə bitib.


Xəbər xətti

22 Fevral 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin