Qarlı havada neçə nəfər xəsarət alıb?
22 Fevral 2025
18:50 - 21 Fevral 2025
ABŞ Prezidenti Donald Tramp və Ukrayna Prezidenti Volodimir Zelenski arasında fikir ayrılıqlarına baxmayaraq, Kiyev və Vaşinqton Ukraynada faydalı qazıntıların hasilatına dair sazişlə bağlı daim təklif mübadiləsi aparır.
Manset.az TASS-a istinadən xəbər verir ki, bu barədə "Agence France-Presse" agentliyi məlumat yayıb.
Kiyevdəki mənbə bildirib ki, Ukrayna hakimiyyəti ötən gün ABŞ-yə yeni saziş layihəsi göndərib.
"Tərəflər davamlı olaraq layihə mübadiləsi aparır, dünən biz daha bir layihə göndərdik. Ukrayna tərəfi ABŞ-dən cavab gözləyir", - məlumatda qeyd olunub.
Fevralın əvvəlində Tramp bildirib ki, Vaşinqton Ukraynadan nadir torpaq metalları almaqda maraqlıdır. ABŞ və Ukrayna KİV-in məlumatına görə, saziş Ukraynada faydalı qazıntı hasilatından əldə edilən gəlirin yarısı üzrə hüquqların ABŞ-yə verilməsini nəzərdə tutur. Söhbət təkcə nadir torpaq metallarından yox, titan, uran, qaz və neftdən gedir.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin