"Ukraynalılar Zelenskini sevmir" - Mask

16:55 - 21 Fevral 2025

Amerikalı milyarder iş adamı İlon Mask ukraynalıların Vladimir Zelenskiyə xor baxdığını bildirib.

 

Manset.az-ın əldə etdiyi məlumata görə, Amerikalı sahibkar Elon Musk sosial media platforması X hesabında Vladimir Zelenskinin ukraynalıların yarıdan çoxunun onu dəstəklədiyi iddiasını dəyərləndirib.

“Əgər Zelenski Ukrayna xalqı tərəfindən həqiqətən sevilsəydi, o, seçki keçirərdi”, – Mask deyib:

"Bütün Ukrayna KİV-lərinə nəzarəti ələ keçirməsinə baxmayaraq, o, böyük fərqlə uduzacağını bildiyi üçün seçkini ləğv etdi".

Kiyev rejimi liderinin iddialarına mənbə kimi göstərdiyi sorğunun inandırıcı olmadığını qeyd edən Mask, ABŞ prezidenti Donald Trampın Zelenskiyə qarşı atdığı addımları dəstəkləyib.


Xəbər xətti

22 Fevral 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin