Vyanada ATƏT PA İpək Yolu Qrupunun iclası keçirildi - FOTO

16:20 - 21 Fevral 2025

Vyanada ATƏT PA İpək Yolu Qrupunun iclası keçirildi - FOTO

Bu gün Vyanada ATƏT PA-nın İpək Yolu Qrupunun sayca 15-ci  iclası keçirilib və Qrupun sədri Azay Quliyev çıxış edərək toplantının əhəmiyyətini vurğulayıb.

 

Manset.az xəbər verir ki, Azay Quliyev İpək Yolu Qrupunun 27 üzv ölkə arasında ticarət, iqtisadiyyat, əlaqələndirmə və mədəni mübadilə sahələrində dialoq və əməkdaşlığı təşviq edən mühüm platforma kimi fəaliyyətini uğurla davam etdirdiyini diqqətət çatdırıb və Qrupun fəaliyyətinə daimi dəstək verdiyinə görə ATƏT PA prezidenti Pia Kauma və ATƏT PA Baş katibi Roberto Montellaya xüsusi təşəkkürünü bildirib.

ATƏT PA-nın Prezienti Pia Kauma və  Baş katibi Roberto Montella İpək Yolu Qrupunun  alternativ parlament diplomatiyası və əməkdaşlıq platforması kimi fəaliyyətini yüksək qiymətləndirib.

İclasda Monteneqro Parlamentinin mayın 5-7-də Dubrovnikdə Qrupun  Beynəlxalq Parlament Konfransına ev sahibliyi edəcəyi rəsmən elan olunub. Monteneqro Parlamenti sədri Andriya Mandiçin dəvət məktubu təqdim edilib, Qrup adından təşəkkür ifadə olunub. Bu məsələ iclasın gündəliyinə daxil edilib və Monteneqro nümayəndə heyətinin rəhbəri Yelena Nedoviç konfransın konsepti, proqramı və təşkilati hazırlıq səviyyəsi haqqında təqdimatla çıxış edib.

ATƏT PA-nın İpək Yolu Qrupunun “Qitələri Birləşdirmək: Dayanıqlı Turizm, Təmiz Enerji və Ekoloji Tarazlıq naminə Müqavimətli Gələcəyin Qurulması” mövzusuna həsr olunan V Beynəlxalq Parlament Konfransının bu ilin mayın 5-7-də Budvada keçirilməsi haqqında qərar qəbul olunub.

 



Xəbər xətti

22 Fevral 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin