"Ukraynanın yanında olacağıq" - Aİ Şurasının Prezidenti

09:50 - 15 Fevral 2025

Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Antoniu Koşta Almaniyada keçirilən Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşüb.

 

Manset.az xəbər verir ki, o, bu barədə “X”də yazıb.

A.Koşta bildirib ki, Aİ həmişə rəsmi Kiyevin yanında olacaq.

“Biz müharibə başlayandan sizinlə bir yerdəyik. Biz indi və gələcək danışıqlarda, yenidənqurmada, Aİ-yə üzvlük prosesində Ukraynanın yanında olacağıq”, - A.Koşta qeyd edib.


Xəbər xətti

16 Fevral 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin