Qəzza razılaşması üzrə danışıqlar yaxın günlərdə başlayacaq

22:10 - 14 Fevral 2025

Qəzza razılaşması üzrə danışıqlar yaxın günlərdə başlayacaq

Qəzzada atəşkəs razılaşmasının ikinci mərhələsi üzrə danışıqların gələn həftənin əvvəlində başlayacağı gözlənilir.

 

Manset.az TASS-a istinadən xəbər verir ki, bu barədə Fələstinin HƏMAS hərəkatının siyasi bürosunun rəhbərliyinin mətbuat katibi Tahir ən-Nunu bildirib.

“Sazişin ikinci mərhələsi üzrə danışıqların gələn həftənin əvvəlində başlanacağı gözlənilir”, - o deyib.

Ən-Nunu əlavə edib ki, sazişin birinci mərhələsinin icrası çərçivəsində vasitəçilər fələstinlilərin müvəqqəti yerləşdirilməsi üçün Qəzzaya daha çox çadır və qoşquların, eləcə də dağıntıların təmizlənməsi üçün ağır texnikanın gətirilməsini təmin edəcəklərini vəd ediblər.

Daha əvvəl anklavın səlahiyyətliləri humanitar yardımın hələ də zolağa daxil olmadığını, lakin bunun yaxın bir neçə saat ərzində baş verəcəyini açıqlamışdı.


Xəbər xətti

16 Fevral 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin