Fatma Abdullazadənin 33 yaşlı qızı vəfat etdi - FOTO
16 Fevral 2025
21:00 - 14 Fevral 2025
Tramp administrasiyası Braziliya poladına rüsumlar tətbiq etmək qərarına gələrsə, Braziliya da Amerika mallarına tariflər tətbiq edə bilər.
Manset.az xarici agentliklərə istinadən xəbər verir ki, bunu Braziliya prezidenti Luis İnasio Lula da Silva ölkə mətbuatına deyib.
Onun sözlərinə görə, Braziliyanın cavab addımı qarşılıqlı rüsum tətbiqi ilə yanaşı Ümumdünya Ticarət Təşkilatına şikayəti də nəzərdə tutur.
Eyni zamanda dövlət başçısı xatırladıb ki, Braziliya ilə ABŞ arasında ticarət əlaqələri balanslaşdırılıb. Belə ki, Cənubi Amerika respublikasından ABŞ-a ixrac edilən malların həcmi 40 milyard dollar, idxal olunanların həcmi isə 45 milyard dollar təşkil edir: “Tramp Braziliyaya qarşı müəyyən şəkildə davranarsa, mən də ABŞ-a qarşı onun kimi davranacam”.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin