Sabah qar yağacaq - Yollar buz bağlayacaq

12:33 - 14 Fevral 2025

Sabah qar yağacaq - Yollar buz bağlayacaq

Azərbaycan ərazisində fevralın 15-nə gözlənilən hava şəraiti haqqında proqnoz açıqlanıb

 

Manset.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Bildirilib ki, gecə bəzi yerlərdə arabir yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 2-4° isti, gündüz 5-8° isti olacaq. Atmosfer təzyiqi 767 mm civə sütunundan 764 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 75-85 %, gündüz 60-70% olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Gündüzdən tədricən kəsiləcək. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 1° şaxtadan 3°-dək isti, gündüz 6-11° isti, dağlarda gecə 3-8° şaxta, yüksək dağlıq ərazilərdə 8-13° şaxta, gündüz 0-5° şaxta olacaq.

Bəzi dağlıq rayonlarda yolların buz bağlama ehtimalı var.


Xəbər xətti

16 Fevral 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin