“Sputnik Azərbaycan” və “BBC News Azərbaycanca”nın fəaliyyəti DAYANDIRILIR
14 Fevral 2025
20:52 - 13 Fevral 2025
Paytaxtın Suraxanı rayonu, Bülbülə qəsəbəsində ailə faciəsi baş verib.
Manset.az Xəzərxəbər-ə istinadən xəbər verir ki, fərdi evdə yaşayan Arif Qurbanov və 8 aylıq hamilə xanımı Aytən Qurbanova yaxınları tərəfindən evdə ölü tapılıblar.
Yaxınlarının sözlərinə görə, Aytən Qurbanova iki həftə sonra ana olacaqmış.
Hadisə yerinə təcili yardım briqadası gəlsə də, onların öldükləri müəyyən edilib.
Məlumata görə, Arif Qurbanov 44 günlük Vətən müharibəsində könüllü iştirak edib. O, “Qubadlının azad olunmasına” görə və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunub.
Hadisə ilə bağlı Suraxanı Rayon Prokurorluğunda araşdırma aparılır.
Daha ətraflı videomaterialda:
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin