Netanyahu İrana hücumun təfərrüatlarını açıqladı
18 Noyabr 2024
23:42 - 23 Noyabr 2021
Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycan və Rusiya prezidentləri İlham Əliyev və Vladimir Putinlə noyabrın 9-da videokonfrans formatında üçtərəfli görüşdə iştirakdan imtina etməsinin səbəbini açıqlayıb.
Manşet.az erməni KİV-nə isitnadən xəbər verir ki, Paşinyan bunun səbəbini belə izah edib:
“Bəli, noyabrın 9-da onlayn görüş keçirmək ideyası var idi, ancaq bu ideya problemli idi. Çünki 9 noyabr bizim üçün ağır gündür. Ancaq mən yenə də dedim ki, əgər konkret qərarlar, məsələn, erməni hərbçilərin qaytarılacağı məsələsi aydınlaşdırılacaqsa, 9 noyabr görüşünə razıyam. Amma bu görüşdə belə bir razılığın əldə oluna bilməyəcəyi məlum olanda görüşün noyabrın 15-nə təxirə salınmasını xahiş etdim. Sonra görüşün noyabrın 26-na təxirə salınması təklifi oldu, mən bununla razılaşdım”, - deyə Paşinyan qeyd edib.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin