"ABŞ başqa ölkələrin işlərinə qarışmamalıdır" - Mask

11:21 - 13 Fevral 2025

İlon Mask hesab edir ki, Birləşmiş Ştatlar başqa ölkələrin işlərinə qarışmaqdan çəkinməli və diqqətini öz daxili problemlərinə yönəltməlidir.

 

Manset.az xarici mediaya istinadən xəbər verir ki , o, bunu Dubayda keçirilən Dünya Hökumət Sammitində bəyan edib.

"Birləşmiş Ştatlar beynəlxalq məsələlərdə iddialı olub. Düşünürəm ki, biz, ümumiyyətlə, başqa ölkələrin işlərini öz ixtiyarına buraxmalıyıq. Amerika öz işinə baxmalı, hər yerdə rejim dəyişikliyinin təşviqində iştirak etməməlidir".

O qeyd edib ki, hazırda ölkə uzunmüddətli iqtisadi artımı təmin etmək üçün dövlət xərclərini azaltmağa diqqət yetirməlidir. Onun fikrincə, buna, digər məsələlərlə yanaşı, səmərəsiz xərcləri aradan qaldırmaqla ABŞ-ın büdcə kəsirini 2 trilyon dollardan 1 trilyon dollara endirməklə nail olmaq olar. Bununla bağlı İlon Mask ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) və xaricdə proqramlar həyata keçirən digər qurumların proqramların maliyyələşdirilməsini tənqid edib.


Xəbər xətti

13 Fevral 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin