Sabahın havası ilə bağlı XƏBƏRDARLIQ
13 Fevral 2025
10:24 - 13 Fevral 2025
Fələstinin HƏMAS hərəkatı Misir vasitəçiləri ilə Qəzza zolağında İsraillə atəşkəsi qorumaq və girovlarla bağlı razılaşmanı bərpa etmək üçün razılığa gəlib.
Manset.az xəbər verir ki, bu barədə "Jerusalem Post" qəzeti yazır.
Nəşrin qeyd etdiyi kimi, HƏMAS və İsrail arasında saziş humanitar yardım və yanacaq müqabilində saxlanılacaq. Qəzzaya çatdırılmalar cümə axşamı günü həyata keçirilməlidir, bundan sonra Həmas şənbə günü azad ediləcək üç girovun adlarını açıqlayacaq.
Yanvarın 15-də Qətərin hökumət başçısı və xarici işlər naziri Məhəmməd bin Əbdül Rəhman Əl Tani bəyan edib ki, İsrail və HƏMAS Doha, Qahirə və Vaşinqtonun vasitəçilik səyləri nəticəsində Qəzzada saxlanılan girovların azad edilməsi və anklavda atəşkəs rejiminin tətbiqi ilə bağlı razılığa gəliblər. Üç mərhələni əhatə edən saziş yanvarın 19-dan qüvvəyə minib. Razılaşmalara əsasən, sazişin birinci mərhələsinin icrası 42 gün davam edəcək və bu müddət ərzində HƏMAS İsrail həbsxanalarında saxlanılan fələstinli məhbusların müqabilində azı 33 israilli girovu azad etməlidir. Girovların azad edilməsinin son mərhələsi fevralın 8-də baş tutub. Üç İsrailli Qəzzadan evlərinə qayıdıb, onlardan biri də Almaniya vətəndaşıdır. Bunun müqabilində İsrail 180-dən çox fələstinli məhbusu həbsdən azad edib.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin