Neft yenidən ucuzlaşdı

10:20 - 13 Fevral 2025

Neft yenidən ucuzlaşdı

"Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 1,34 ABŞ dollar azalıb.

 

Manset.az xəbər verir ki, dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 1,34 ABŞ dolları, yaxud 1,7 % azalaraq 77,64 ABŞ dolları təşkil edib.

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 70 ABŞ dollarından hesablanıb.

Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.


Xəbər xətti

13 Fevral 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin