Sabahın havası ilə bağlı XƏBƏRDARLIQ
13 Fevral 2025
09:24 - 13 Fevral 2025
Səudiyyə Ərəbistanı Qəzza zolağında “Yaxın Şərq Rivierası” yaratmaq ideyasını dəstəkləyir, lakin fələstinlilərin bu torpaqlardan çıxarılmasının əleyhinədir.
Manset.az xəbər verir ki, bunu Səudiyyə Ərəbistanının Böyük Britaniyadakı səfiri şahzadə Xalid bin Bəndər London Yayım Şirkətinə (LBC) müsahibəsində deyib.
O vurğulayıb ki, Səudiyyə Ərəbistanı fələstinlilərin ərazisi olduğu üçün onları çıxarmaq və ya yerləşdirmək niyyətində deyil. “Bura onların torpağıdır, bu onların ərazisidir. Onlar orada təmin edə biləcəyimiz ən yaxşı şeyə layiqdirlər”. Fələstinlilərin müvəqqəti olaraq Səudiyyə Ərəbistanına köçməsinin mümkünlüyü ilə bağlı sualı cavablandıran şahzadə bildirib ki, bu qərarı fələstinlilər özləri verməlidirlər. O əlavə edib ki, krallıq insanları qəbul etməyə hazırdır, lakin onların evlərini tərk etmək istəyəcəklərinə inanmır. “Düşünürəm ki, ən vacibi onların itirmək təhlükəsi ilə üzləşdiyi torpaqları qoruyub saxlamaqdır”, - deyə səfir vurğulayıb.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin