Orxan Quliyev yüksək vəzifəyə təyin olundu

16:47 - 12 Fevral 2025

Orxan Quliyev yüksək vəzifəyə təyin olundu

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevə yeni müşavir təyin edilib.

 

Manset.az Nazirliyə istinadən xəbər verir ki, bu vəzifəyə Quliyev Orxan Madar oğlu gətirilib.

SOCAR-ın İnformasiya Texnologiyaları və Rabitə İdarəsində işə başlayan O. Quliyev bu təyinata qədər “SOCAR Caspian İnnovation Center” MMC-də baş əməliyyatlar direktoru vəzifəsində çalışıb. 

Qeyd edək ki, Orxan Quliyev Birinci “Yüksəliş” müsabiqəsinin qalibi olub.


Xəbər xətti

12 Fevral 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin