Netanyahu İrana hücumun təfərrüatlarını açıqladı
18 Noyabr 2024
21:41 - 23 Noyabr 2021
Bolqarıstan Mərkəzi Seçki Komissiyası (MSK) Rumen Radevin dövlət başçısı, İliyana Yotovanın isə ölkənin vitse-prezidenti vəzifəsinə seçildiyini elan edib.
Manşet.az TASS-a istinadən xəbər verir ki, Radev cənub bölgəsindəki Kırcali bölgəsi istisna olmaqla, Bolqarıstanın bütün bölgələrində qalib gəlib.
Bundan əvvəl Bolqarıstan MSK noyabrın 21-də keçirilən səsvermənin ikinci turunun yekun nəticələrini açıqlayıb. Seçicilərin 66,72 faizi (1 milyon 539 min 650 nəfər) Radevə, 31,8 faizi (733 min 791 nəfər) isə ən yüksək dövlət postuna ikinci namizəd, Sofiya Universitetinin rektoru Anastas Gerdjikova səs verib. Seçicilərin 1,48%-i (34 169 nəfər) hamısının əleyhinə səs verib. İkinci turda səsvermədə 2 milyon 310 min 903 seçici iştirak edib.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin