Yeni ildə 7 gün ardıcıl iş olmayacaq - RƏSMİ
28 Noyabr 2024
21:24 - 23 Noyabr 2021
Aktyor Eddi Redmeyn rol aldığı ən uğurlu layihələrdən biri olan "Danimarkalı qız" filmi ilə bağlı maraqlı açıqlama verib.
Manşet.az xəbər verir ki, "The Sunday Times" qəzetinə müsahibə verən aktyor həmin rolu oynadığı üçün peşman olduğunu etiraf edib. O, bunu canlandırdıqları obrazlarla bağlı aktyorların söz sahibi ola bilməməsi ilə əlaqələndirib:
"Bu gün o rolu qəbul etməzdim. Filmə çox yaxşı niyyətlərlə çəkilmişdim, amma səhv oldu. Aktyorlar karyeralarında nə qədər söz sahibi olsalar, peşmanlıqları bir o qədər az olar”.
Qeyd edək ki, Eddi sözügedən ekran işində ilk cinsiyyət dəyişdirmə əməliyyatlarından birini edən rəssam Eynar Vegener/Lili Elba (red. - rəssamın qadın olduqdan sonra seçdiyi ad) obrazına həyat verib. Film aktyorun adını 2016-cı ildə "Oskar"a namizədlər siyahısına salıb.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin