Azərbaycanlı iş adamı futbolçuların pulunu vermir

15:04 - 12 Fevral 2025

Azərbaycanlı iş adamı futbolçuların pulunu vermir

Azərbaycanlı iş adamı Tufan Sadıqova məxsus Rusiyanın "Ximki" klubunda futbolçuların əmək haqlarının verilməsində gecikmələr yaranıb.

 

Manset.az Teleqraf.com-a istinadən xəbər verir ki, komanda üzvləri 2024-cü ilin noyabr və dekabr aylarının maaşlarını hələ ala bilməyiblər. Bununla əlaqədar oyunçular Türkiyədəki qış təlim-məşq toplanışında yoldaşlıq görüşünü boykot etməyə hazırlaşırlar.

Sadıqov yaxın günlərdə borcu bağlasa, futbolçular etiraz aksiyasını ləğv edə bilərlər. O, 2024-cü ilin dekabrında Rusiya Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən saxlanılmışdı. İş adamı dələduzluqda ittiham olunurdu.

Qeyd edək ki, "Ximki" hazırda Rusiya Premyer Liqasında 18 oyundan 16 xalla 13-cü yerdədir.


Xəbər xətti

12 Fevral 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin