Sabah yağış yağacaq - PROQNOZ

12:34 - 12 Fevral 2025

Sabah yağış yağacaq - PROQNOZ

Bakıda və Abşeron yarımadasında fevralın 13-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir, günün birinci yarısında bəzi yerlərdə arabir yağıntılı olacağı ehtimalı var.


Milli Hidrometeorologiya Xidmətindən Manset.az-a verilən məlumata görə, şimal-qərb gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 1-3° isti, gündüz 5-8° isti olacaq. Atmosfer 771 mm civə sütunundan 767 mm civə sütununa enəcək. Nisbi rütubət 70-80 % olacaq.

Azərbaycanın rayonlarında isə havanın əsasən yağmursuz keçəcəyi, lakin gecə və səhər bəzi şərq rayonlarında arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə duman olacaq, mülayim qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 2° şaxtadan 3°-dək isti, gündüz 5-10° isti, dağlarda gecə 11-16° şaxta, gündüz 0-5° şaxta olacaq.

Gecə və səhər bəzi dağlıq rayonlarda yolların buz bağlama ehtimalı var.


Xəbər xətti

12 Fevral 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin