Sertifikasiya bu qədər müəllimi İŞSİZ QOYDU

12:21 - 12 Fevral 2025

Sertifikasiya bu qədər müəllimi İŞSİZ QOYDU

"İndiyə qədər ümumilikdə, sertifikasiya imtahanından keçmədiyi üçün 5000-ə yaxın müəllimin işinə xitam verilib".

 

Manset.az xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov jurnalistlərə açıqlamasında deyib.

O qeyd edib ki, bu il sertifikasiyaya 22000 müəllim cəlb olunacaq.

Qeyd edək ki, 2025-ci ildə biologiya, kimya, fizika, coğrafiya, informatika üzrə, 2026-cı ildə isə tarix, texnologiya, təsviri incəsənət ve fiziki tərbiyə üzrə sertifikatlaşdırılmanın birinci mərhələsi keçiriləcək.


Xəbər xətti

12 Fevral 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin