İsrail bu tarixə qədər atəşkəsi dayandırır

11:31 - 12 Fevral 2025

İsrail bu tarixə qədər atəşkəsi dayandırır

İsrail Qəzzada atəşkəsin ikinci mərhələsi üçün danışıqların birinci mərhələdə azad edilməsi planlaşdırılan 9 israilli məhbusun azadlığa buraxılmasına qədər dayandırıldığını açıqlayıb.

 

Manset.az xəbər verir ki, bu barədə İsrail Baş Nazirliyinin Mətbuat İdarəsi açıqlama verib. 

Bildirib ki, İsrail HƏMAS-ın atəşkəs razılaşmasının birinci mərhələsində azad edilməsi planlaşdırılan 9 məhbusu yaxın günlərdə təhvil verməsini gözləyir.

Bəyanatda deyilir ki, İsrail doqquz məhbus azad edilənə qədər atəşkəsin ikinci mərhələsi üçün danışıqlara qatılmayacaq.

Qeyd edək ki, İsrail və HƏMAS arasında atəşkəs razılaşmasının birinci mərhələsində sağ olan 33 israilli məhbusun azad edilməsi planlaşdırılırdı.

Xəbər xətti

12 Fevral 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin