Rusiya XİN-dən bağlanan “Rus Evi” ilə bağlı məlumat
11 Fevral 2025
15:22 - 11 Fevral 2025
Fransa prezidenti Emmanuel Makron bəyan edib ki, ABŞ prezidenti Donald Tramp əsas əhəmiyyət kəsb edən məsələlərə diqqət yetirməlidir və Aİ-dən ABŞ-yə ixrac edilən mallara ticarət tariflərinin tətbiqi Amerika iqtisadiyyatının özü üçün mənfi nəticələrə səbəb ola bilər.
Manset.az xəbər verir ki, o, bu barədə CNN telekanalına müsahibəsində danışıb.
“Əvvəla, Avropa İttifaqı sizin əsas probleminizdirmi? Əsas narahatlığınız Çindir, ona görə də buna daha çox diqqət yetirməlisiniz. Avropa sizin müttəfiqinizdir və əgər siz Avropanın sərmayələrə, müdafiə və təhlükəsizlik məsələlərinə daha çox cəlb olunmasını istəyirsinizsə, o zaman tarifləri qaldırmaqla Avropa iqtisadiyyatına zərər vurmamalısınız”.
Fransa prezidenti həmçinin bildirib ki, istehsal prosesləri bir-biri ilə əlaqəli və inteqrasiya olunduğu üçün Avropa mallarına rüsumların tətbiqi ABŞ-də inflyasiyaya səbəb ola bilər.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin