Rusiya XİN-dən bağlanan “Rus Evi” ilə bağlı məlumat
11 Fevral 2025
11:48 - 11 Fevral 2025
İlon Maskın rəhbərlik etdiyi investorlar konsorsiumu OpenAI-a nəzarət edən qeyri-kommersiya təşkilatını 97,4 milyard dollara almaq təklifi ilə çıxış edib.
Manset.az xəbər verir ki, bu barədə The Wall Street jurnalı məlumat yayıb.
OpenAI-nin baş direktoru Sem Altman Maskın təklifinə sosial media hesabında cavab verib.
"Xeyr, sağ olun, amma istəyirsinizsə, biz Twitter-i 9,74 milyard dollara almağa hazırıq."
Bildirilib ki, Maskın təklifi Altmanın investisiyaları artırmaq və OpenAI-ni inkişaf etdirmək planlarını çətinləşdirə bilər. Hazırda şirkət 40 milyard dollardan çox kapital toplamaq üçün danışıqlar aparır və süni intellekt, infrastruktur yaratmaq üçün 500 milyard dollarlıq layihə həyata keçirməyi planlaşdırır.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin