Rusiya XİN-dən bağlanan “Rus Evi” ilə bağlı məlumat
11 Fevral 2025
09:55 - 11 Fevral 2025
"Medalyon" və "Nuxa" restoranlarının sahibi Yusif Baqiyevin (Yusif Şəkili) bir sıra əmlakları üzə çıxıb.
Manset.az Qaynarinfo-ya istinadən məlumat verir ki, onun Qala qəsəbəsi yaxınlığında xeyli sayda əmlakı var. Bunlardan bəzilərinin tikintisi tam başa çatmayıb.
İddia olunur ki, ümumiyyətlə Yusif Baqiyevin Xəzər rayonundakı əmlakları sahəsinə görə hətta "Sea Breeze"dən də böyükdür. Bütün bunların isə qumar oyunlarından əldə edilən pullar hesabına inşa edildiyi bildirilir.
Məlumat üçün deyək ki, Yusif Baqiyev yerli mediada "qumar kralı" kimi tanınır. Ona qarşı sürülən rəsmi ittihamlar da bu iddianın əsassız olmadığını göstərir. Yusif Baqiyev Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi əməkdaşlarının həyata keçirdiyi əməliyyat nəticəsində saxlanılıb.
Ona qarşı ilkin olaraq Cinayət Məcəlləsinin 193-1.3.1 (cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda pul vəsaitlərini leqallaşdırma - mütəşəkkil dəstə halında birləşməklə törədildikdə) və 244-1.4-cü (qumar oyunlarını təşkil etmə və keçirmə - xüsusilə külli miqdarda gəlir əldə etməklə) maddələri ilə ittiham elan edilib.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin