Rusiya XİN-dən bağlanan “Rus Evi” ilə bağlı məlumat
11 Fevral 2025
09:42 - 11 Fevral 2025
Cənubi Koreyada orta məktəbdə müəllim səkkiz yaşlı şagirdi bıçaqlayıb.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, 40 yaşlarında olan qadın müəllim mərkəzi Daejeon şəhərində şagirdi bıçaqladığını etiraf edib.
Polisin verdiyi məlumata görə, şagirdi məktəb binasının ikinci mərtəbəsində bıçaq xəsarətləri yetirilmiş halda tapılıb və xəstəxanada ölüb.
Cənubi Koreyanın prezidenti səlahiyyətlərini icra edən Çoi Sanq-mok işin araşdırılmasına göstəriş verib və səlahiyyətliləri belə hadisələrin bir daha təkrarlanmaması üçün lazımi tədbirlər görməyə çağırıb.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin