Rusiya XİN-dən bağlanan “Rus Evi” ilə bağlı məlumat
11 Fevral 2025
09:47 - 11 Fevral 2025
Fevralın 8-də saat 23 radələrində Xəzər rayonu Binə qəsəbəsində evlərin birində 1976-cı il təvəllüdlü Lamiyə Məmmədovanın küt alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.
DİN-in Mətbuat Xidmətindən Manset.az-a verilən məlumata görə, cinayət əməlini törətməkdə şübhəli bilinən qadının həyat yoldaşı, 1979-cu il təvəllüdlü Məmmədov Ramil Məhərrəm oğlu Gürcüstan Respublikasında saxlanılıb.
Onun ölkəyə ekstradisiyası üçün tədbirlər görülür.
Qeyd edək ki, fevralın 8-də Binə qəsəbəsi 138-ci döngə, 62 ünvanında yaşayan 48 yaşlı Lamiyə Məmmədova qətlə yetirilib. Bildirilir ki, qadın namaz qıldığı yerdə öldürülüb.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin