Kobaxidze Qərbi günahlandırdı

23:30 - 10 Fevral 2025

Kobaxidze Qərbi günahlandırdı

Gürcüstanın Baş naziri İrakli Kobaxidze Qərbi Ukrayna münaqişəsini başlatmaqda ittiham edib.

 

Manset.az xəbər verir ki, O, bu barədə “Die Weltwoche” nəşrinə müsahibəsində bildirib.

Siyasətçi vurğulayıb ki, Qərb dövlətləri Kiyevin silahlanmasında fəal iştirak ediblər.

Kobaxidzenin sözlərinə görə, hərbi münaqişədən qaçmaq üçün bütün mümkün tədbirləri görmək lazım idi.

Baş nazir əlavə edib ki, dost ölkənin dağıdılması Gürcüstan üçün dərin narahatlıq doğurur.


Xəbər xətti

11 Fevral 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin