“O vaxta qədər burada sabitlik olmayacaq” - Prezident
14 Mart 2025
16:40 - 9 Fevral 2025
"Kəpəz"in futbolçuları Şəmkir şəhər kimya, biologiya təmayüllu liseyin şagirdləri ilə görüşüblər.
Klubun mətbuat xidmətindən Manset.az-a verilən məlumata görə, Gəncədə klubun qonağı olan uşaqlar meydançada futbolçularla maraqlı, əyləncəli vaxt keçiriblər.
Məktəblilər oyunçularla futbol oynayıblar, şəkil çəkdirib, avtoqraf alıblar. Komandanın baş məşqçisi Azər Bağırov şagirdləri maraqlandıran sualları cavablandırıb, onlara səmimi münasibət göstərib.
“Futbol hamı üçün” devizi altında reallaşan görüşün təşkilində əsas məqsəd uşaq, yeniyetmə və gənclər arasında futbola marağın artırılması, bu idman növünün təbliğidir.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin