Pensiya alanlara şad xəbər
23 Noyabr 2024
20:56 - 27 İyun 2021
“Taliban” hərəkatının silahlıları bu gün səhər Əfqanıstanın Balx əyalətinin Kaldar rayonunun Çukçuk sərhəd məntəqəsində posta hücum edib.
Bu barədə “Report” Tacikistanın “Khovar.tj” nəşrinə istinadən xəbər verir.
Məlumata görə, yerli vaxtla saat 12:50-yə qədər davam etmiş toqquşma nəticəsində hökumət qüvvələrinin 17 hərbi qulluqçusu müqaviməti davam etdirə bilməyiblər və Tacikistan ərazisinə keçiblər.
Regionda ümumi vəziyyət mürəkkəb olaraq qalır. "Taliban" silahlıları ilə Əfqanıstanın hökumət qüvvələri arasında silahlı toqquşmalar davam edir.
Qeyd edək ki, daha əvvəl Faryab əyalətinin Andoy rayonu “Taliban” silahlılarının nəzarəti altına keçib. Döyüşçülər rayona silahlı hücum təşkil edib. Hücum zamanı rayonun mərkəzi “Taliban” tərəfindən ələ keçirilib, təhlükəsizlik qüvvələri geri çəkilməyə məcbur olub.
Əfqanıstanda son 2 ayda ümumilikdə 30-a yaxın rayon “taliblər”in nəzarəti altına keçib. BMT-nin məlumatına görə, "Taliban" Əfqanıstan ərazisinin təxminən 50-70 %-ə nəzarət edir.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin