Quterreş Makronla görüşəcək

00:00 - 8 Fevral 2025

Quterreş Makronla görüşəcək

BMT-nin Baş katibi Antonio Quterreş Fransa Prezidenti Emmanuel Makronla görüşəcək.

 

Manset.az Report-a istinadən xəbər verir ki, bunu baş katibin sözçüsünün müavini Farhan Haq deyib.

O bildirib ki, dünya təşkilatının başçısı fevralın 10-11-də Parisdə keçiriləcək süni intellekt (Sİ) sammitində iştirak edəcək.

F.Haq əlavə edib ki, Baş katibin sammit çərçivəsində bir çox dünya liderləri ilə görüşü nəzərdə tutulub.


Xəbər xətti

12 Mart 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin