15 santimetr olan dar boşluqdan dayanacağa daxil oldu - FOTO

22:58 - 7 Fevral 2025

15 santimetr olan dar boşluqdan dayanacağa daxil oldu - FOTO

Braziliyanın Divinopolis şəhərində bir kişi qeyri-adi çeviklik nümayiş etdirərək qapalı dayanacağa girib.

 

Manset.az bu barədə Rusiya mətbuatına istinadən xəbər verir.

Cinayətkar dayanacağa darvazanın eni təxminən 15 santimetr olan dar boşluqdan daxil olub. İçəri girdikdən sonra dayanacaqda və orada yerləşən avtomobillərdə axtarış aparıb.

Hücum edən şəxs motosiklet, uşaq velosipedi, avtomobil sahiblərinin şəxsi sənədləri, telefon şarjı və təxminən 8 dollar oğurlayıb.

Hazırda cinayətkar hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.


Xəbər xətti

12 Mart 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin