Şəkidə qəza - Xəsarət alan var

19:05 - 6 Fevral 2025

Şəkidə qəza - Xəsarət alan var

Şəkidə minik avtomobili aşıb.

 

Manset.az APA-ya istinadən xəbər verir ki, hadisə axşam saatlarında Şəki-Qax avtomobil yolunda, Şəki rayonu İnçə kəndi ərazisində baş verib. İlkin məlumata görə, hərəkətdə olan “Nissan” markalı minik avtomobili idarəetmədən çıxaraq yol kənarına aşıb.

Qəza nəticəsində avtomobildə olan sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Şəki Rayon Mərkəzi Xəstəxanasına aparılıb.
Faktla bağlı araşdırma aparılır.


Xəbər xətti

7 Fevral 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin